Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO

Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO
13 Dek 2018 12:29


Ankara-Konya istiqamətində hərəkət edən qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb. 

Realpress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi məlumat yayıb. 

Məlumatda bildirilib ki, qəza zamanı üçü maşinist olmaqla, doqquz nəfər ölüb, 47 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

11:34

Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. 

realpress.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi məlumat yayıb. 

Qəza zamanı 46 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. 

09:38

Ankara valisi Vasif Şahin Ankara-Konya sürət qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib. 

realpress.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, qəzanın bu gün yerli vaxtla 06:30-da baş verdiyini deyib. 

Valinin sözlərinə görə, hadisə zamanı dörd nəfər ölüb, 43 nəfər yaralanıb.

V.Şahin qəzanın səbəbini də açıqlayıb. O bildirib ki, sürət qatarı yolda nəzarət işləri aparan bələdçi qatarla toqquşduqdan sonra yerüstü keçidə çırpılıb.

09:20

Ankara-Konya istiqamətində hərəkətdə olan sürət qatarı qəzaya uğrayıb. 

realpress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Yenimahalle rayonunun Marşandiz stansiyasında baş verib. 

Sürət qatarının yerüstü keçidə çırpılması nəticəsində iki vaqonu aşıb. Qəza zamanı çox sayda insanın yaralandığı bildirilib. 

Hadisənin dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 




29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.