Saqqız udmaq təhlükəlidirmi?

Saqqız udmaq təhlükəlidirmi?
13 Dek 2018 12:58

Yəqin ki, saqqız udulan zaman onun bağırsaqda yeddi il qalması haqda eşitmisiniz. Övladınız saqqız udubsa təşvişə düzmək lazım deyil. Düzdür saqqız həzm olunmur, amma orqanizmdən kifayət qədər tez xaric olur. 

Realpress.az medicina.az-a istinadən uşaqlarda saqqız udmanın verə biləcəyi fəsadlarda söz açır:

İlk əvvəl saqqızları tropik bitki olan sapodillanın gövdəsindən alınan ağ lateksdən hazırlayırdılar. Onun dartılan tərkibə malik olması üçün parafin mumundan istifadə edilirdi. 

II Dünya müharibəsindən sonra alimlər saqqızın tərkibini sintetik maddə ilə əvəzləyiblər. Beləliklə də saqqız çeynənərkən qopmayan sintetik kauçukdan istehsal olunmağa başlayıb. Bu maddəyə ətir və rəng əlavə etmək daha rahatdır. Beləliklə də istər təbii, istərsə də sintetik tərkibli saqqızlar udulduqda tərkibi və forması dəyişmədən bədəndən xaric olur. Saqqızın bədəndən çıxması hər kəsin həzm sisteminin vəziyyətindən aslıdır. Əslində isə ciddi bir təhlükəsi yoxdur. Sadəcə olaraq xroniki udulan saqqız bağırsağın işinə maneə yarada bilər. Belə bir fikir formalaşıb ki, udulan saqqız orqanzimdə 7 il qalır. 
Amma bu səhv fikirdir. Belə ki, saqqız orta hesabla 1 həftə ərzində həzm sistemindən keçir. Udulan saqqızın rəngi, şirinliyi və dadı bədən tərəfindən sovrula bilər, amma onun tərkibi dəyişməz olaraq qalacaq.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.