LG Gram 17 modeli 17 düym diaqonallı ilk ən yüngül noutbukdur

LG Gram 17 modeli 17 düym diaqonallı ilk ən yüngül noutbukdur
13 Dek 2018 15:08

LG” şirkəti “Gram” istehsal xəttinə aid noutbuklar nümayiş etdirib. Nazik çərçivəli və 17 düym ekranlı “Gram 17” modeli dünyada belə diaqonala malik ən yüngül noutbukdur.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, ikinci yeni qurğu ekranı 360 dərəcə dönən 14 düymlük “LG Gram 2-in-1” modelidir. Hər iki kompüter səkkizinci nəsil “Intel” prosessorları əsasında yaradılıb və “MIL-STD-810g” hərbi standartı ilə sertifikatlaşdırılıb.  

Məlumata görə, ölçülərdə fərqə baxmayaraq yeni noutbuklar eyni tutuma (72 vatt-saat) malik akkumulyatorla təchiz ediliblər. Lakin “Gram 17” modeli üçün avtonom iş vaxtı 19,5 saat, “Gram 2-in-1” üçün 21 saat təşkil edir. Bundan başqa, modellər rəqəmli blok və işıqlandırmaya malik tamölçülü klaviatura, “Windows Hello” funksiyası vasitəsilə tez blokdan çıxarılma üçün barmaq izi skaneri və geniş “USB” çıxış dəstləri ilə təchiz olunub.

Noutbukların rəsmi təqdimatı yanvarın əvvəlində “CES 2019” sərgisində planlaşdırılır.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.