Arılar üçün nanoçanta ixtira edilib

Arılar üçün nanoçanta ixtira edilib
13 Dek 2018 15:16

Vaşinqton Universitetinin mütəxəssisləri arılara nəzarət etmək üsulunu tapıblar. Alimlər arılar üçün məlumat toplayan nanoçanta ixtira ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, arının bel hissəsində yerləşdirilən xüsusi nanoçanta öz kiçik ölçüsünə görə onu narahat etmir. Çəkisi təxminən 0,01 qr olan nanoçantaya arının hərəkəti, bədən temperaturu, sürəti və digər xüsusiyyətləri haqqında informasiyanı toplayan sensorlar yerləşdirilib. Nanoçantanın kiçik ölçüsünə görə ona GPS sensor quraşdırmaq mümkün olmayıb, ancaq bağda yerləşdirilmiş antenaların köməyi ilə arının yeri haqqında məlumatlar toplanılır.
 
“Ağıllı” nanoçanta 30 kb-dək məlumat saxlaya bilər ki, bu da arının birgünlük fəaliyyəti haqqında bütün informasiyanın yazılması üçün kifayət edir. Alimlər toplanmış məlumatları bu və ya digər həşərat növlərini öyrənmək və arıların məhsuldarlığını artırmaq məqsədi ilə təhlil edirlər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.