Yeni türk helikopteri təqdim olundu - VİDEO

Yeni türk helikopteri təqdim olundu - VİDEO
13 Dek 2018 15:39


Türkiyənin istehsalı etdiyi çoxfunksiyalı T625 helikopterinə “Gökbey” adı verilib.

Realpress.az “RusTurkey”ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin müdafiə sənayesi sammitində dövlət başçısı Rəcəb Tayyip Ərdoğan açıqlama verib.

T-625 ən alçaq coğrafi yüksəkliklərdə və əlverişsiz şəraitdə yüksək manevrlilik imkanı olan altı ton çəkili, iki mühərrikli helikopterdir.

Helikopter ən müasir texnologiyalarla, o cümlədən idarəetmənin yüksək səmərəliliyi və keyfiyyətini təmin edən dörd oxlu ikiqat ehtiyat və avtomatik idarəetmə sistemi ilə təchiz olunub.

Helikopter iki ekipaj üzvü və ən çox 12 sərnişin üçün nəzərdə tutulub. Geniş salondan müxtəlif istismar məqsədlərinin təmin olunması üçün (məs, VIP-nəqliyyat, təcili yardım, xilasetmə-axtarış əməliyyatları və s.) istifadə etmək olar.

Çoxtəyinatlı T625 helikopterinin transmissiyası, rotor sistemi, şassisi və avtopilot sistemi Türkiyənin “Turkish Aerospace İndustries” şirkəti tərəfindən istehsal olunub.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.