BMT-də Azərbaycanın xətti ilə iki qətnamə qəbul olundu

BMT-də Azərbaycanın xətti ilə iki qətnamə qəbul olundu
13 Dek 2018 16:55


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində  Azərbaycanın həmtəşəbbüskarı olduğu iki qətnamə qəbul olunub.

Realpress.az xəbər verir ki, bu haqda BMT-nin rəsmi sənədində bildirilir.

Bir sıra dövlətlərin, o cümlədən, Azərbaycan, Belarus, Türkmənistan və Özbəkistanın təşəbbüsü ilə irəli sürülən “Sülh naminə beynəlxalq çoxtərəflilik və diplomatiya günü” haqqında qətnamənin lehinə 144 səs, əleyhinə iki (İsrail və ABŞ ) səs toplanıb.  Heç bir üzv dövlət bitərəf qalmayıb.   

Sənədə görə, BMT Baş Assambleyasının 73-cü sessiyasından başlayaraq, aprelin 24-ü bütün dünyada sülh naminə Beynəlxalq çoxtərəflilik və diplomatiya günü kimi qeyd olunacaq.

Sənəddə qeyd olunur ki, sözügedən beynəlxalq gün BMT dəyərlərinin təbliğatı vasitəsi hesab olunur, və müxtəlif xalqların onun nizamnaməsində təsbit olunmuş priтsipləri və hədəflərinə olan inamını, çoxtərəflilik, beynəlxalq hüquq və diplomatiya yolu ilə sabit və davamlı sülhün bərqərar olması üçün ümumi hədəfə nail olmaq cəhdlərinin əhəmiyyəti və aktuallığını təsdiq edir.

BMT Baş Assambleyasının qətnamələrində bütün üzv dövlətlərə, BMT sisteminə aid təşkilatlara, digər beynəlxalq və regional təşkilatlara, həmçinin vətəndaş cəmiyyətinə, o cümlədən qeyri hökumət təşkilatlarına, ayrı-ayrı şəxslərə, bu beynəlxalq bayramı lazımi şəkildə qeyd etmək və sülh naminə çoxtərəflilik və diplomatiyanın aşılanması üçün  maarifləndirmə fəaliyyəti çərçivəsində və müxtəlif tədbirlər vasitəsilə ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq tövsiyə olunur.

Həmin gün səsvermədə “Maarifləndirmə və dini tolerantlıq” haqqında qətnamə də qəbul olunub.

Qətnamə layihəsinin hazırlanmasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi ölkələr iştirak edib. Sənəddə Baş Assambleya dünya ictimaiyyətinə səslənərək, bütün üzv dövlətləri din və etiqadla bağlı məsələlərdə istənilən formalı qeyri-tolerantlıq və diskriminasiya hallarının aradan qaldırılması haqqında Bəyannamənin hədəflərinin gerçəkləşdirilməsi və prinsiplərinin tətbiqi ilə bağlı vahid mövqeyi qoruyub-saxlamağa çağırır.

Baş Assambleyada qəbul olunan, Rusiya və Çin kimi daimi üzvlərin təşəbbüskarı olduğu başqa bir qətnamədə (“Sülh naminə dinlər və konfessiyalararası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təbliği haqqında”) Azərbaycanın UNESCO, İSESCO-nun əməkdaşlığı ilə iki ildən bir təşkil etdiyi mədəniyyətlərarası dialoq üzrə Ümumdünya foruma istinadlar yer alır.


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.