Turizm xidmətləri sahəsində YENİLİK

Turizm xidmətləri sahəsində YENİLİK
14 Dek 2018 08:55

Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək.

Realpress.az xəbər verir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadənin sözlərinə görə, Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Lakin onların hamısı elan etdikləri xidmətləri, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər:

"Bu isə ölkənin ümumi imicinə, turizm sənayesinə xələl gətirir. Hansısa bir turist Azərbaycana gəlib lazımi səviyyədə xidmət almadıqda o, öz ölkəsinə qayıtdıqdan sonra ayrı-ayrı şəxslər haqqında deyil, ümumən ölkə haqqında rəyini bildirir. Bu da bizim nüfuzumuza zərər vurur. Ona görə də belə halların qarşısını almaq üçün hansısa bir mexanizmin tətbiqi məsələsi müzakirə edilir".

Agentlik rəsmisi qeyd edib ki, həmin mexanizmlərdən biri Turizm Reyestrinin yaradılmasıdır:

"Digər mexanizm dövlətin öz əlində olan alətlərdən istifadə etməsidir. Amma bütün hallarda biz ilkin şərt olaraq, bunu deyirik ki, turizm sənayesinin iştirakçılarına təzyiq olmasın, maneə yaradılmasın, onlara dəstək göstərilsin.

Biz məqsəd qoymamışıq ki, şirkətlərin sayı azalsın. Əsas məsələ xidmətin səviyyəsinin yüksəldilməsidir. Kim yüksək xidmət göstərə bilirsə, göstərsin, ölkəmizdə bazar açıq, biznes mühiti sağlamdır".

K.Quluzadə əlavə edib ki, turizm şirkətlərinin reyestrə hansı şərtlər çərçivəsində daxil olması məsələsi də hazırda müzakirə edilir:

"Biz bu detalları bu gün açıqlaya bilmirik, çünki bu meyarlar hələ müzakirə edilir. Ümumiyyətlə isə reyestrə, bütün şirkətlər daxil ola bilərlər".


16 May 2019
Turizm

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

15 May 2019
Turizm

Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

8 Apr 2019
Turizm

Turizm obyektləri ilə bağlı MÜHÜM TƏLƏB

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.