Novruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdi

Novruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdi
14 Dek 2018 09:19

Baş nazir Novruz Məmmədov sosial müdafiə ilə bağlı bir sıra qərarlarda dəyişiklik edib.

Realpress.az xəbər verir ki, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilib:

“1.5. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Şöbə tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir”.

“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilib.

“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndinin ikinci cümləsində “Elektron xidmətlər” sözləri “e-sosial” internet” sözləri ilə əvəz edilib.

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.5-ci bəndinə “mərkəzləşdirilmiş” sözündən sonra “elektron” sözü əlavə edilib.

“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda da analoji dəyişikliklər həyata keçirilib.

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.5-ci bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilib və həmin bənddə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilib.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.