Əmisi oğlunun arvadına sataşanı cəzalandıranlar SAXLANILDI — VİDEO

Əmisi oğlunun arvadına sataşanı cəzalandıranlar SAXLANILDI — VİDEO
14 Dek 2018 12:40

Ötən gün başqasının həyat yoldaşına sataşan şəxsin kimliyi məlum olub.

Realpress.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin sakini olan Elxan adlı şəxsdir. Kəndin icra nümayəndəsi Səyyar Məsimov  saytımıza verdiyi açıqlamada bildirib ki, Elxan adlı şəxs əmisi oğlu Əlinin həyat yoldaşına qarşı nalayiq hərəkətlər etdiyi üçün cəzalandırılıb:

"Həmin şəxslər Elxanın əmisi oğlu Əli və onun dostlarıdır. Amma bundan başqa əlavə nəsə deyə bilmərəm".

Qeyd edək ki, sözügedən videoda əmisi oğlunun həyat yoldaşına sataşanı cəzalanıran şəxslər artıq saxlanılıblar.
Şəmkir Rayon Prokurorluğundan A24.Az-a verilən məlumata görə, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə (bir qrup şəxs tərəfindən törədildikdə)) maddəsi ilə cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunması iqtiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mövzunu diqqətdə saxlayacağıq.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.