Ruhi Əliyeva Sibel Canla görüşdü - FOTO

Ruhi Əliyeva Sibel Canla görüşdü - FOTO
14 Dek 2018 14:33

Gələn ilin mart ayının 8-i məşhur Türk müğənnisi Sibel Canın Bakıda möhtəşəm konsert proqramı baş tutacaq. 

Realpress.az news24.az-a istinadən xəbər verir ki, bununla əlaqədar tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi xanım Əliyeva Türkiyənin İstanbul şəhərinə səfər edib. 

Səfərin məqsədi Sibel Can və onun yaradıcı komandası ilə görüşüb, konsertin detalları haqda danışıqlar aparmaq olub. Danışıqlar üçün Ruhi xanımın özünün İstanbula gəldiyini eşidən türk sənətçisi hörmət əlaməti olaraq onu evinə dəvət edib. 

Görüş haqda təəssüratlarını R. Əliyeva şəxsi "Instagram" hesabında bölüşərək, bunları yazıb:

“Xoş gördük dəyərli izləyicilərim. Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər edib, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Xeyli söhbət etdik. Konsert üçün onu seçməyimizdən çox məmnun olub, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağız dolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. Buna görə müjdəli xəbəri ilk olaraq, əziz izləyicilərimlə bölüşmək istədim. Xəbəriniz olsun ki, "Liatris Holding"in təşkilatçılığı ilə 2019-cu ilin 8 martında Bakıda məşhur Türk müğənnisi Sibel Canın konsert proqramı baş tutacaq! Ətraflı detallar barədə yaxın günlərin birində məlumat verəcəyik. Əminəm ki, elə indidən sibelsevərlər konsertin baş tutmasını səbirsizliklər gözləyirlər. Hamınıza Sevgilərlə!”

Qeyd edək ki, “Liatris Holding”in təşkilatçılığı ilə ərsəyə gələcək sözügedən konsert türk müğənnilərinin sayca 2-ci konserti olacaq. Ondan əvvəl isə dekabrın 29-u holdingin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində türk müğənnisi Sılanın solo konserti reallaşacaq. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.