Microsoftun istənilən hesabına müdaxilə etmək üsulu aşkar edilib

Microsoftun istənilən hesabına müdaxilə etmək üsulu aşkar edilib
14 Dek 2018 14:43

Kibertəhlükəsizlik sahəsində mütəxəssis Sahad Nk tərəfindən aşkar edilmiş boşluq hakerlərə “Microsoft”un istənilən hesabına müdaxilə etməyə imkan verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Sahad Nk 7 addımda “Microsoft”a məxsus “success.office.com” altdomeninə müdaxilə etməyə müvəffəq olub. Məlum olub ki, domen səhv konfiqurasiya edilib. Domenin nəzarət altına alınmış hissəsi “Microsoft” proqramlarının (Outlook, Office və s.) avtorizasiya prosesində iştirak edir.
 
Sahad Nk kənar hesabına müdaxilə etmək üçün qurbanına fişinq məktubu göndərib. Aydın məsələdir ki, spam filtrlər “Microsoft”un adından göndərilmiş məktubu yoxlamayıblar.
 
"Rəsmi" (müdaxilə edilmiş) struktur tərəfindən verilmiş linkə keçid etdikdən sonra haker hesaba giriş üçün xüsusi token alardı və ona heç bir əlavə məlumat lazım deyildi.
 
Məlumata görə, araşdırma bir neçə ay bundan əvvəl keçirilib. “Microsoft” şirkəti artıq sözügedən boşluğu aradan qaldırıb.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.