Emin “Maşın Şou”nun qonağı oldu

Emin “Maşın Şou”nun qonağı oldu
15 Dek 2018 09:05


“Maşın Şou” təkcə ulduz iştirakçılarla deyil, həm də məşhur qonaqları ilə maraqlıdır.

Realpress.az xəbər verir ki, bu gün “Maşın Şou. Hind Kinosu” iştirakçılarının qonağı populyar müğənni, Azərbaycanın Xalq artisti Emin olub.

O, çoxlarının bəyəndiyi “Bakıya qaçaq” mahnısını ifa edib.

Şounun aparıcısı Murad Dadaşov xüsusi qeyd edib ki, bu günlərdə Eminin ad günü olub və bu münasibətlə müğənniyə sürpriz hazırlanıb. Müğənninin kiçik fiquru ilə tort Eminlə yanaşı şou iştirakçılarını da sevindirib.

Qeyd edək ki, dekabrın 14-də Eminin Heydər Əliyev Sarayında konserti olub. Konsertdən dərhal sonra müğənni “Maşın Şou. Hind Kinosu”na baş çəkib.

Qeyd edək ki, “Maşın Şou. Hind Kinosu”nun informasiya dəstəyi Baku.TV-dir.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.