Təbii doğuş, yoxsa qeysəriyyə? - Mənfi və müsbət tərəflər

Təbii doğuş, yoxsa qeysəriyyə? - Mənfi və müsbət tərəflər
15 Dek 2018 09:08

Dünyada il ərzində orta hesabla 140 milyon körpə doğulur. Onların çox hissəsi təbii doğuşla dünyaya gəlir. Ancaq son 15 ildə qeysəriyyə ilə doğulan körpələrin sayı 12%-dən 21%-dək artıb.  

Realpress.az medicina.az-a istinadən bildirir ki, qeysəriyəyə göstəriş çoxdöllük, dölün ölçülərinin böyük olması, ciftin qopması, çanağın kiçik olması zamanı verilir. Həmçinin doğuş ləngidiyi zaman da təxirəsalınmaz qeysəriyyə əməliyyatı təyin oluna bilər. Bundan əlavə, körpənin həyatı təhlükədə olarsa: oksigen aclığı, qeyri-stabil ürək döyünməsi təyin olunduqda da qeysəriyyə icra edilir. 

Çox qadın düşünür ki, təbii doğuş ağrılı və təhlükəli bir prosesdir. Buna görə də qadınların çoxu qeysəriyyə əməliyyatına üstünlük verir. 

Düzdür, doğuş prosesi ağır və ağrılıdır, amma əgər bütün proses təbii yolla davam edərsə, o zaman ana və körpənin ölüm riski aşağı olur. 

Ekspertlər əmindirlər ki, qeysəriyyə əməliyyatından sonra qadının səhhətində bir sıra problemlərin meydana çıxması riski daha yüksəkdir: "Qeysəriyyə zamanı qanaxma ola bilər ki, bu da ananın həyatı üçün təhlükləlidir. Əməliyyatdan sonra bədəndə qalan çapıq izləri isə yalnız plastik əməliyyatla aradan qaldırıla bilər". 

Bundan əlavə, qeysəriyyə yolu ilə uşaq dünyaya gətirməyin bir sıra mənfi tərəfləri də var:

•Təbii doğuşdan fərqli olaraq qeysəriyyə zamanı fəsad yaranma riski 12 dəfə yüksəkdir. 

•Narkoz ananın orqanizminə olduğu kimi körpəyə də mənfi təsir göstərir. Ümumi anesteziya zamanı ürək dayanması, ağciyər iltihabı, sinir toxumalarının zədələnməsi kimi problemlər yarana bilər. Spinal anesteziya zamanı isə çox zaman iynənin yerinin iltihabı və onurğa problemləri meydana gəlir.

•Sağalma prosesi uzun çəkir.

•Anemiyaya səbəb olacaq qan itkisi yaşanır.

•Əməliyyatdan sonra təyin edilən yataq rejimi ananın yenidoğulan körpəyə qulluq etməsində çətinliklər yaradır. 

•Əməliyyatdan sonrakı tikiş yerlərinin sağalması prosesində ağrıkəsicilərdən istifadə etmək lazım gəlir.  

•Hormonal pozuntu səbəbindən əmizdirmədə problemlər yaranır. Bu zaman körpəyə əlavə qidaların verilməsinə ehtiyac yaranır. 

•Gələcəkdə təbii yolla uşaq dünyaya gətirməkdə problemlər yarana bilər.

•Əməliyyatdan sonra daimi tibbi müşahidə altında olmaq lazımdır.

Təbii doğuş prosesinin aşağıdakı üstünlükləri var: 

•Doğuş prosesi ana və uşağının orqanizmi buna tam hazır olduğu vaxtda başlayır. 

•Doğuş zamanı körpənin orqanizminin ətraf mühitə adaptasiyası yaranır. 

•Cərrahi əməliyyatdan fərqli olaraq ananın orqanizmində iltihabi proseslərin səviyyəsi aşağı olur. 

•Ana doğuldan dərhal sonra körpəsini əmizdirə bilir. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu problemi aradan qaldırmaq üçün  hamilə qadınlara qeysəriyyə kəsiyinin müsbət və mənfi cəhətləri haqda məlumatların verilməsini məqsədəuyğun hesab edirlər.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.