Maşın Şouda əsəb sakitləşdirici həbləri kim qəbul edir? — VİDEO

Maşın Şouda əsəb sakitləşdirici həbləri kim qəbul edir? — VİDEO
15 Dek 2018 09:24

Tamaşaçılar öz televizorlarının ekranından “Maşın Şou”nun parıltılı görüntüsünü görür. Bu gün iştirakçılardan biri üçün sonuncu olacaq. Şou qaydalarına görə, avtomobilə sahib olmaq uğrunda mübarizə aparan 18 iştirakçıdan biri hər gün səsverməyə çıxarılır. Tamaşaçılar isə SMS-səsverməsi vasitəsi ilə iştirakçının şouda qalacağına yaxud avtomobillə vidalaşacağına dair qərar verir.

Realpress.az oxu.az-a istinadən bildirir ki, iştirakçıların demək olar ki, əksəriyyəti həyəcan olduğunu bildirir və hər kəs bu hisslə fərqli şəkildə mübarizə aparır. Məsələn, Nazilə Səfərli heç kim onu özündən çıxarmasın deyə, əsəb sakitləşdirici xüsusi həblər qəbul etdiyini etiraf edib. O həmçinin Ramil Nabranı özünə rəqib gördüyünü bildirib.            

Şouda qruplaşmalar haqqında sualsız da olmadı.

Səmra Əlizadənin bildirdiyinə görə, hələlik heç bir qruplaşma yoxdur. Onu dəstəkləyən Dilarə Kazımova isə qeyd edib ki, hələlik şou yenicə başlayır və tamaşaçılar hər şeyi qarşıdakı günlərdə görəcəklər.

Öz növbəsində Xəyalə Quliyeva bildirib ki, iştirakçılardan hər biri bir-birinə rəqibdir. O həmçinin avtomobilə özünün yiyələnəcəyini deyib.

Oqtay Kamil və Mansur Şərif də bildiriblər ki, iştirakçılardan hər biri təhlükəlidir.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.