Onkologiya sahəsinə dair lüğət nəşr olunacaq

Onkologiya sahəsinə dair lüğət nəşr olunacaq
15 Dek 2018 10:24

Azərbaycanda ilk dəfə onkologiya sahəsinə dair lüğət nəşr olunacaq.

Realpress.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.  

İclasda “Onkologiya terminləri” lüğətinin nəşri haqqında məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov respublikada belə bir nəşrin ilk dəfə olaraq hazırlandığını deyib. 

Akademik lüğətdə onkologiya sahəsi üzrə terminlərin Azərbaycan dilində izahının əks olunduğunu, nəşrin bu sahədə çalışan həkimlər, ali və orta tibb təhsili alan tələbələr üçün faydalı olacağını bildirib.

İclasda akademik Əhliman Əmiraslanov və Şirvan Abdullayev tərəfindən hazırlanmış terminoloji lüğətin nəşri məqsədəuyğun hesab edilib.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.