Kiçik bağlamaların çatdırılması üçün Serve adlı robot-kuryer təqdim edilib

Kiçik bağlamaların çatdırılması üçün Serve adlı robot-kuryer təqdim edilib
15 Dek 2018 11:41

ABŞ-ın “Postmates” loqistika operatoru çəkisi 22 kq-dək olan bağlamaları 48 km-dək daşıya biləcək “Serve” adlı robot-kuryerini təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, robot-kuryer lidar və kompüter görmə texnologiyalarının köməyi ilə istiqaməti təyin edəcək. Müştərilər robotun korpusundakı interaktiv ekranlardan istifadə edərək bağlamanı götürə biləcəklər. Bu halda robotlar kuryerləri əvəz etməyəcək: insanlar onların köməyilə çoxlu mal daşıya biləcək, bundan başqa, gələcəkdə bu kuryerlər çatdırılma üçün yük maşınlarını tamamilə əvəz edəcək.
 
Robot-kuryerin işini operator uzaq məsafədən izləyəcək. İnsanın sözügedən qurğu ilə problemi yarandıqda, o, xüsusi düyməyə sıxmaqla operatorla videokonfrans rejimində danışa bilər.
 
“Serve” robot kuryerinin istismara verilmə vaxtı hələ ki məlum deyil.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.