Azərbaycan Ordusu cəbhədə postları təhvil verdi

Azərbaycan Ordusu cəbhədə postları təhvil verdi
15 Dek 2018 12:26

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttinə Dövlət Sərhəd Xidmətinin bölmələrinin nəzarət etmələri məsələsinə Müdafiə Nazirliyindən aydınlıq gətirilib.

Realpress.az istinadla bildirir ki. Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dövlət sərhədinin bu hissəsində, əməliyyat şəraiti baxımından nisbətən sabit və düşməndən 2000 metrədək uzaqlıqda yerləşən postlar Dövlət Sərhəd Xidmətinin bölmələrinə təhvil verilib.

Eyni zamanda, Müdafiə Nazirliyi bölmələrinin döyüş təcrübəsi nəzərə alınaraq, onlar hazırda Qazax və Ağstafa rayonlarının sərhəd xəttində ağır silah və döyüş texnikası ilə sərhədçilərə dəstək göstərir. Qeyd edək ki, sərhəd xəttinin qarşı tərəfində Ermənistan daxili işlər nazirliyinin polis dəstələri növbə çəkir.

2016-cı ilin aprel döyüşlərində sərhədçilərin iştirakına gəlincə isə, həmin dövrdə düşmənə qarşı aparılan əks-həmlə əməliyyatlarında Azərbaycan Ordusunun cəmi 18 faiz şəxsi heyəti iştirak edib və Dövlət Sərhəd Xidmətinin 6 nəfər hərbçisi arxa cəbhədə olmaq şərti ilə texniki dəstək məqsədilə əməliyyata qatılıb. Bu barədə beynəlxalq qurumlara da məlumat verilib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.