Azərbaycanda yeni tarix üzə çıxdı — VİDEO

Azərbaycanda yeni tarix üzə çıxdı — VİDEO
15 Dek 2018 12:52

Azərbaycanda yerli və amerikalı arxeoloqlar yaşı dörd min ildən çox olan qaya üzərində yonulmuş oyun lövhəsi aşkar ediblər.

Realpress.az Xezerxeber.az-a istinadən xəbər verir ki, tapıntı Qobustan Dövlət Bədii Tarixi Qoruğunun ərazisində aşkar edilib.

Qoruğun elmi katibi Rəhman Abdullayevin sözlərinə görə, bu oyunun ilk nümunələri eramızdan əvvəl 3-cü minillikdə Misirdə meydana gəlib. Müxtəlif formalarda oynanılan bu oyunun formalarından biri də "58 damalı Tazı-Çaqqal oyunu" adlanan oyundur ki, Qobustan qoruğunda bunun bir nümunəsi aşkar edilib. Dünya ictimaiyyətinin marağına səbəb olan bu tapıntının aşkara çıxarılması da maraqlı olub. Qoruqda düşərgənin girişini bağlayan qədim hörgü qalığının ətrafına yığılan torpaq qatını təmizləyən zaman bu oyun löhvəsi ortaya çıxıb. Bundan sonra isə həmin ərəfədə ölkəyə səfər edən amerikalı arxeoloq Volter Kristə bu barədə məlumat verilib.

Dünyanın ən qədim taxt oyunlarından biri hesab olunan bu oyunu güman edilir ki, Azərbaycanın ərazisində yaşayan köçəri maldarlar oynayıb.Təqdiqatçılar oyunu qaya üzərində oyulmuş dəliklərin sayına görə "58 damalı Tazı-Çaqqal oyunu" adlandırıblar.

Arxeoloq Volter Krist tapıntının qədim Misir fironu IV Amenemhetin məzarında tapılan taxt oyunu ilə oxşarlığını aşkar edib. Ehtimal olunur ki, oyunun başlıca məqsədi taxtın sonuncu dəliyinə hamıdan tez çatmaq olub və oyunçular lövhə üzərində sümüklərdən istifadə edərək müəyyən gedişlər ediblər.

Rəhman Abdullayev deyir ki, arxeoloqlar bu oyunun dini xarakterli oyun olmasını da ehtimal edirlər.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.