İki dövlətin sərhədi otel otağından keçir — DÜNYANIN ƏN QƏRİBƏ SƏRHƏD NÖQTƏLƏRİ

İki dövlətin sərhədi otel otağından keçir — DÜNYANIN ƏN QƏRİBƏ SƏRHƏD NÖQTƏLƏRİ
15 Dek 2018 13:56

Dünyada bütün ölkələr arasında sərhəd nöqtələri var. Amma elə sərhəd xətləri var ki, qəribədir və sərhəd üçün qeyri-adi sayılan yerlərdən keçir.

Realpress.az bu gün oxucularına dünyanın ən qəribə sərhəd nöqtələrini təqdim edir.


1.Hollandiya-Belçika

Hollandiya və Belçika arasında sərhəd xətti də qəribədir. Baarle qəsəbəsində yaşayan insanların da həyatı olduqca maraqlıdır. Qəsəbədən keçən sərhəd xəttinin bir tərəfi Hollandiya, digər tərəfi isə Belçikaya məxsusdur. Bəzi yerlərdə isə bu xətt evlərin, dükanların və iş yerlərinin ortasından keçir.


2.Avstriya-Macarıstan-Slovakiya

Avstriya-Macarıstan-Slovakiya arasındakı sərhəd xətti bir masadan keçir. Bir neçə dostunuzla otursanız, fərqli ölkələrdən bir-birinizin səsini rahatlıqla eşidə bilərsiniz.


3.Nepal-Çin

Nepal-Çin arasındakı “Dostluq Körpüsü”nün uzunluğu cəmi 65 metrdir.


4.İsveçrə-Fransa

İsveçrə və Fransa arasındakı sərhəd xətti otel otağından keçir.


5.Hollandiya-Almaniya

Fotodakı şəxs “Eurode” iş mərkəzində çalışır. O, bir ayağını Hollandiya, digər ayağını isə Almaniya sərhədinə qoyub.


6.İspaniya-Portuqaliya

İspaniya və Portuqaliya sərhədi bu kanatdır. Bu kanatla sürüşərək İspaniyadan Portuqaliyaya keçmək mümkündür.


7.Almaniya-İsveçrə

Sağ tərəf Almaniya, sol tərəf isə İsveçrədir.


8.İsveç-Norveç

Bu yol tam olaraq İsveç-Norveç sərhədidir.


9.ABŞ-Meksika
ABŞ-Meksika sərhəd xəttində voleybol oynamaq da mümkündür.


25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

25 Apr 2024
Dünya

Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu

Qazaxıstan və Böyük Britaniya hökumətləri arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.