Avtomobil bazarında kəskin artım

Avtomobil bazarında kəskin artım
17 Dek 2018 10:29


Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 22 min 714 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Realpress.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 886 ədəd və yaxud 2,31 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 235 ədədi və yaxud 1,03%-i sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 429 ədədi və yaxud 98,74%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 938 ədədi və yaxud 8,53%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 112 ədədi və yaxud 0,49%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 11 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 66 ədəd və yaxud 39,05% azalıb, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 20 429 ədəd və yaxud 2,38 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 924 ədəd və yaxud 91,12%, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 44 ədəd və yaxud 64,7% artıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.