Dünyanın ən qədim peşəsi məlum oldu

Dünyanın ən qədim peşəsi məlum oldu
18 Dek 2018 08:47


Şamanlıq bəşər tarixinin ən qədim peşəsi kimi tanınıb.

Realpress.az xəbər verir ki, bu haqda elmi işin nəticələri “Phys.org” elmi portalında dərc olunub.

Harvard ali incəsənət və elm məktəbinin tədqiqatçısı Manvir Sinqhin sözlərinə görə, qədim qəbilələrin düşüncəsində şamanlar havanı idarə edib, uğurlu ov üçün xeyir-dua verib, müxtəlif xəstəlikləri müalicə edib. Şamanlar beləcə həm nüfuz, həm də hakimiyyət sahibi olub.

Şaman olmaq istəyən şəxs bir sıra mürəkkəb prosedurların yerinə yetirilməsini tələb edən sınaqdan keçməli və “sehir” qabiliyyətinin olduğunu isbat etməli olurdu. Şamanı qəbilənin adi üzvlərindən fərqləndirən əsas cəhət bu idi.

Sinqhin sözlərinə görə, şamanlıqdan fərqli olaraq, digər məşğuliyyətlərə, məsələn, ovçuluq, yığıcılıq, silah və alət hazırlamağa (sənətkarlıq) hər bir qəbilə üzvü cəlb oluna bilərdi. Ona görə də tədqiqatçılar “şamanlığın” ən qədim peşə olduğu nəticəsinə gəlib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.