Gənclik Mallın qarşısında DƏHŞƏT – Maşınlar kişinin üstündən keçdi

Gənclik Mallın qarşısında DƏHŞƏT – Maşınlar kişinin üstündən keçdi
18 Dek 2018 10:27

Bakıda dəhşətli yol qəzası baş verib.

Realpress.az “publika.az”a istinadən xəbər verir ki, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall” ticarət mərkəzinin qarşısı) “Chevrolet Captiva” markalı minik avtomobili 1972-ci il təvəllüdlü Əsgərov Zərgər Namaz oğlunu vurub. Zərbənin gücündən piyada yolun əks hərəkət hissəsinə düşüb və oradan keçən “Toyota Land Cruiser” markalı avtomobilin altında qalıb. 46 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə metronun Gənclik stansiyasının yeraltı keçidləri mövcuddur.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.