Şadlıq saraylarına QADAĞA — VİDEO

Şadlıq saraylarına QADAĞA — VİDEO
18 Dek 2018 16:49

Hər kəs toy gününü müxtəlif formada qeyd etməyə çalışır. Bəzi insanlar da var ki, toydan sonra şadlıq sarayında atəşfəşanlıq etməklə, həmin günü tarixin yaddaşına məhz belə həkk istəyir. Amma bundan narahat olanlar da var.

Realpress.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bəzi şadlıq saraylarında toydan sonra atəşfəşanlıq edilir. Üstəlik, bu əksər vaxt gecə saat 12:00-dan sonra baş verdiyindən insanların istirahəti pozulur.

Sakin: “Çox pis şeydir. Camaatı narahat edir. Bunları cəzalandırmaq lazımdır. Uşaqlar yatır ona görə, narahat etmək olmaz axı. Özü də 12-dən sonra”.

Rəşad Əsgərov - Sosioloq: “Axşam saatlarında və yaxud da gecə 12-dən sonra restoranlarda fişəng atəşfəşanlığı müəyyən səsgücləndirici vasitələrdən istifadə edərək, partlayıcı maddələrin partlaması və s. bu insanların narahatlığına səbəb olur”.

Bu cür atəşfəşanlıq, səs-küy qanunla qadağan edilsə də, demək olar ki, hər gün təkrarlanır.

Samir Qasimov - Vəkil: “Cəmiyətdə birgə yaşayış qaydaları mövcuddur. Və bu qanunla tənzimlənir. Hamı o qaydalara əməl etməlidir. Həmin qaydalardan biri də normadan artıq səs-küyün olmaması qaydasıdır. Xüsusən gecə saatlarında, yəni gecə saatları gecə 12-dən tezdən saat 7-yə qədər hesab olunur. Həmin müddətdə səs-küyün edilməsi qadağan olunur”.

Şadlıq saraylarından isə bildirilir ki, toy sahibləri özləri bu xidməti göstərən şirkətlərlə əlaqə saxlayır və atəşfəşanlıq təşkil edirlər. Restoran rəhbərliyi icazə vermədiyi halda onlar atəşfəşanlığı restoran ərazisindən kənarda edirlər.

Rüfət Əliyev - Şadlıq Sarayının İnzibatçısı: “Müştərilər istəyir ki, toydan sonra atəşfəşanlıq olsun. Ancaq toy qurtarandan sonra gec olur və sakinləri narahat edir. Yəni ona görə biz onu etmirik”.

Hüquqşünaslar bu halın inzibati xətalar məcəlləsinin 521-ci maddəsi ilə tənzimləndiyini və gecə vaxtı insanların istirahət hüququnu pozanların böyük məbləğdə cərimələnməli olduğunu bildirirlər.

Samir Qasimov - Vəkil: “Gecə saatlarında saat 12-dən tezdən saat 7-yə qədər səs-küy salmağa görə, fiziki şəxslər 150 manatdan 200 manata qədər, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimə oluna bilər”.

Qanunla qadağan edildiyi halda, bu vəziyyət demək olar ki, hər gün təkrarlanırsa, deməli, müvafiq qurumlar nəzarəti gücləndirməlidir. İlk növbədə isə hüququ pozulan vətəndaşlar bununla bağlı ərazi üzrə polis bölmələrinə müraciət etməlidir.



19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.