Günəş sistemində yeni planet kəşf olundu

Günəş sistemində yeni planet kəşf olundu
19 Dek 2018 08:48


Amerikalı astronomlar Günəş sistemində yeni cırtdan planetin kəşf olunduğu rəsmi şəkildə elan edib. Kosmik obyekt bu vaxta qədər kəşf olunmuş Günəşdən ən uzaq məsafədə olan planet sayılır.

Realpress.az xəbər verir ki, bu haqda “NewScientist” portalı məlumat yayıb.

Şərti olaraq “2018VG18” olaraq qeydə alınmış cırtdan planetə “Farout” (ing. əlçatmaz, çox uzaq) adı verilib və Günəşdən təxminən 18 milyard kilometr məsafdə yerləşir. Bu məsafə Plutonla Günəş arasında olan məsafədən 3,5 dəfə böyükdür.  

Kosmik obyekti Havay adasına quraşdırılmış “Subaru” teleskopunun köməyi ilə Karneqi İnstitutunun astronomu Skott Şeppard kəşf edib.   

Yeni planet haqqında praktiki olaraq heç bir şey məlum deyil. İlkin hesablamalara görə, obyektin diametri 500 kilometrə yaxındır. Həmçinin obyektin xarici görünüşündə çəhrayı çalar üstünlük təşkil edir ki, bu da planetdə buz səthinin olduğunu deməyə əsas verir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.