Bakıda bir gecədə üç qəza - VİDEO

Bakıda bir gecədə üç qəza - VİDEO
19 Dek 2018 09:28


Gecə saatlarında Bakının Nizami rayonunun 8-ci km, Kamil Balakişiyev küçəsində yol-nəqliyyat hadisəsi  baş verib. 

Realpress.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Nəzərov Valeh Xaliq oğlu motosikletini idarə edərkən avtomobilə çırpılıb.

Hadisə nəticəsində V.Nəzərov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin əzilməsi, kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub. 

Daha bir hadisə Suraxanı rayonu, aeroport ərazisində baş verib, iki maşın toqquşub. Hadisə nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Nəbiyev Telman Əlisa oğlu ağır yaralanıb. T.Nəbiyev Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol bud çanaq oynağının sınığı, diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

Bakıxanov ərazisində isə piyadanın vurulması ilə nəticələnən qəza baş verib. 

Belə ki, yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Hümbətova Cənnət İslam qızını maşın vurub. Zərərçəkən Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qapalı kəllə beyin travması, burun sümüyünün və sol qolunun sınığı diaqnozu qoyulub. 

Hər üç faktla bağlı araşdırma aparılır.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.