Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi
19 Dek 2018 10:34


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib.

Realpress.az-ın məlumatına görə, DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır: 

“Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır.

Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı olmasına çalışmalıyıq. Hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur.

Avtomobilləri “sürət həddi 60” - deyib idarə etmək qanunla nə qədər mümkündürsə, şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir”.

O bildirib ki, sürücünün gözünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobili o sürətlə idarə etməlidir:

“Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir.

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması ilə bağlı aparılan təhlil və ekspertizalar göstərir ki, hərəkət iştirakçıları digər hərəkət iştirakçısının məsuliyyətinə arxayınlaşaraq hərəkət edir.

“Piyadayamsa, sürücü yol verməlidir”, “piyada qəfil çıxdı, görmədim”, -deyib özünə “haqq” qazandıranlar bilsin və yalnız bundan arxayın olsun ki, hər bir insan öz təhlükəsizliyinə həssas yanaşmalı, yollarda intizamlı olmalıdır”.

Vaqif Əsədov qeyd edib ki, yollarda davranış mədəniyyəti fərdi məsələdir:

“Ona görə də hər bir insan ölümlə, xəsarətlə, maddi ziyanla, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrin iştirakçısına çevrilməmək üçün qaydalara, yol polisinin tələblərinə əməl etməlidir”.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.