Şahdağın yeni rəhbəri planlarını açıqlayıb

Şahdağın yeni rəhbəri planlarını açıqlayıb
26 Dek 2018 14:21


Ümid edirik ki, bizə soyuq qar gətirmisiniz, çünki sabahdan qar gözləyirik.

Realpress.az xəbər verir ki, bu sözlərlə “Şahdağ” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rodderix Mark Leffler Bakıdan gələn jurnalistlərə müraciət edib.

R.Lefflerin sözlərinə görə, hazırda mərkəz sürüşmə zolaqlarının  yaxşı vəziyyətdə qalması üçün istifadə edilir. 

“Yerin səthi soyuq olduğundan süni qar üçün çəkilən məsrəflər az olsa da kompleks səbirsizliklə qar gözləyir. Qarşıya qoyulan əsas məqsəd Şahdağı əla bir əyləncə mərkəzinə çevirmək və daha çox turist cəlb etməkdir. Bunun üçün əyləncə mərkəzlərinin sayı və xidmət çeşidləri artırılacaq. Bunların fonunda keyfiyyət başlıca amil olaraq qalacaq.


Kompleksin müştəri potensialına gəlincə, hazırda turistlərin 50 faizi yerli, 50 faizi isə xarici turistlərdir. Xarici turistlərin sayında isə Gürcüstan və Rusiya öndədir. 

Bu həftənin sonundan xarici turistlərin sayı artacaq və nəticədə yerli turistlərin sayı ilə balans yaranacaq. Əlbəttə xarici turist axınında artım gözləyirik”, - deyə Rodderix Mark Leffler bildirib. 

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin sözlərinə görə, bu ilin 11 ayında Azərbaycana gələn turistlərin sayı altı faiz artıb: 

“Turizm üzrə dövlət proqramına əsasən yaxın beş ildə Azərbaycana gələcək turistlərin sayı azı iki dəfə artacaq”.
 
K.Quluzadə Dövlət Turizm Agentliyinin tabeliyinə verilən 25 müəssisədə struktur islahatlarının aparıldığını vurğulayıb:

“Şahdağda da struktur dəyişikliyi oldu. Məqsədimiz dövlət büdcəsindən çəkilən məsrəfləri optimallaşdırmaqdır”.


16 May 2019
Turizm

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

15 May 2019
Turizm

Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

8 Apr 2019
Turizm

Turizm obyektləri ilə bağlı MÜHÜM TƏLƏB

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.