AZAL Almatıya birbaşa aviareyslər yerinə yetirəcək

AZAL Almatıya birbaşa aviareyslər yerinə yetirəcək
08 Yan 2019 15:35


“Azərbaycan Hava Yolları” (AZAL) cari ilin 2 aprel tarixindən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq. 

AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Almatı Qazaxıstanın “cənub paytaxtı” adlanır. Şəhər cənub paytaxtının bir növ “vizit kartı” olan inanılmaz gözəl qarlı dağlar -  Alatau dağları platosunda yerləşir. Eyni zamanda, şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər şeyə malikdir.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin www.miles.azal.az saytında təqdim edilib. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

Elektron poçt: callcenter@azal.az

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)

AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud  www.azal.az saytında doldurulan  əlaqə forması vasitəsilə göndərə bilərsiniz.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.