Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 24 nəfər ərizə verib

Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 24 nəfər ərizə verib
11 Yan 2019 12:41

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə yanvarın 4-də elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin ərizə qəbulu davam edir.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 31-i isə B növünə (inzibati icraçı) aiddir. Yanvarın 11-nə olan məlumata görə, artıq 24 nəfər qeydiyyatdan keçib. Ən çox müraciət İqtisadiyyat Nazirliyində (5 vakant yerə 8 müraciət) qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində müsahibəyə çıxarılan 11 vəzifəni tutmaq üçün 1 nəfər, Müdafiə Sənayesi Nazirliyində 16 vəzifəni tutmaq üçün 8 nəfər, Təhsil Nazirliyində 7 vəzifəni tutmaq üçün 4 nəfər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifəni tutmaq üçün 3 nəfər müraciət edib.

Qeyd edək ki, namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-ü saat 18.00-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.