Sami Yusuf yeni albomda Alim Qasımovla birgə mahnı ifa edəcək

Sami Yusuf yeni albomda Alim Qasımovla birgə mahnı ifa edəcək
14 Yan 2019 15:53


Sami Yusuf bu il növbəti albomunu çıxaracaq.

realpress.az “The National”a istinadən xəbər verir ki, Azərbaycan əsilli britaniyalı musiqiçi və bəstəkar bildirib ki, yeni albom üzərində iş artıq başlanılıb və Mərakeşdə Meknes şəhərində səsyazmalar baş tutub.

Musiqiçi qeyd edib ki, yeni layihə bir sıra dünya musiqi ulduzları ilə əməkdaşlıq sayəsində ərsəyə gələcək.

Albomun adının “Ekstazi” olduğunu söyləyən musiqiçi deyib:

“Bu albom böyük muğam ifaçısı və Azərbaycanın milli xəzinəsi olan Alim Qasımov və bir sıra qavvali ifaçılarla birgə yaradılacaq albomdur. Bu, mənim üçün çox vacib bir layihədir və mən bunu bu il ərzində Londonun gözəl bir məkanında təqdim edəcəm”.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.