Əməkdar artist Arif Alışanova: Mənimlə ədavətin nə idi? - VİDEO

Əməkdar artist Arif Alışanova: Mənimlə ədavətin nə idi? - VİDEO
19 Yan 2019 12:39


Əməkdar artist Vasif Məhərrəmli öz “Instagram” səhifəsində canlı yayımda vəzifəsindən azad edilən AzTV-nin sədri Arif Alışanova müraciət ünvanlayıb.

Realpress.az-ın xəbərinə görə, buna səbəb Arif Alışanovun ifaçının AzTV-də çıxışına qadağa qoyması idi. 

“Videonu paylaşmaqda məqsədim var. On ildən artıqdır ki, AzTV-də yoxam. Kanalın təşkil etdiyi tədbirlərə dəvət almıram, çıxış etmirəm. Bunun səbəbini Arif Alışanovdan soruşmaq istəyirəm. Mənimlə ədavətin nə idi? Cavab verə bilməyəcəksən. Çünki peşəkar insan, televiziya adamı deyilsən. Öz işinlə məşğul olsan daha yaxşı olar”, - deyə müğənni bildirib.

Xatırladaq ki, Arif Nizam oğlu Alışanov yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.