Moskvada azərbaycanlı pianoçunun konserti olacaq

Moskvada azərbaycanlı pianoçunun konserti olacaq
22 Yan 2019 12:59

Moskvanın “Başmet-tsentr” Mədəniyyət və Yaradıcılıq Evində Riad Məmmədov triosunun konserti olacaq.

Realpress.az mərkəzin mətbuat xidmətinə istinadla xəbər verir ki, kollektiv moskvalı musiqisevərlərə muğam janrında interpretasiya təqdim edəcək. Konsertlə bağlı mətbuat üçün açıqlamada deyilir: “Moskva səhnəsində ilk dəfə olaraq Azərbaycan xalq yaradıcılığının unikal peşəkar janrı olan muğamın təqdimatı olacaq. Caz-muğamının bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan bir də bu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.

Konsertin proqramına klassik və caz musiqisinin nümunələri daxil edilib. Pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur və zərb alətləri ustası Yevgeni Ryaboyun ifasında muğamla yanaşı, Frederik Şopenin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərləri səslənəcək.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.