Kivini qabıqlı yeyin - Səbəbi...

Kivini qabıqlı yeyin - Səbəbi...
30 Yan 2019 12:58

Subtropik meyvə olan kivi ölkəmizdə də becərilir və istifadə edilir. 

Realpress.az medicina.az-a istinadən kivi meyvəsinin insan orqanizmi üçün faydalarından söz açır:

Kivi aşağı kaloriyə malikdir. 1 ədəd orta ölçülü kivinin çəkisi 100 qr-dır. Onun tərkibində su, zülal, yağ, karbohidrat mövcuddur. Onun enerji dəyəri 48 kkal təşkil edir. Tərkibində bol miqdarda lif var. Bu meyvənin tərkibində  C, D, А, В1, В2, РР, В6, В 12, Е, К1 vitaminləri mövcuddur.
 
Həmçinin kivinin tərkibində kalium, kalsium, maqnezium, dəmir, sink, antiokasidantlar, fosfor, pektin üzvi turşular, flavonoidlər də var. Kivinin əsasən də qabıqlarında lətindən çox antioksidant maddələr mövcuddur. Buna görə də, kivini yaxşı olardı ki, üzərindəkı tükcüklərindən yaxşıca təmizləyərək qabıqlı halda yeyəsiniz. Bu həm də sizin bağırsağınızın fəaliyyətini də bərpa edərək qəbizliyi və həmçinin də disbakteriozu aradan qaldıracaq.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.