Azərbaycan Hərbi Hava Qüvvələrində yenilik

Azərbaycan Hərbi Hava Qüvvələrində yenilik
02 Fev 2019 10:20


Azərbaycan Hərbi hava qüvvələrinin qırıcı və hücum aviasiyası Belarusun “Müdafiə təşəbbüsləri” (Оборонные инициативы) şirkətinin yeni “Talisman” göyərtə müdafiə kompleksi (GMK) ilə silahlanıb.

realpress.az-ın defin.by-ya istinadən verdiyi məlumata görə, Miq-29 və Su-25 təyyarələrinə quraşdırılmış “Talisman” kompleksinin fotoşəkilləri “Müdafiə təşəbbüsləri” şirkətinin məhsul kataloqunda yerləşdirilib.

Belə ki, kataloqun “Talisman” GMT-nin imkanları haqqında danışılan bölməsində qanadlarının alt hissəsində Azərbaycan HHQ-yə məxsus tanıdıcı nişanlar olan Miq-29 və Su-25 təyyarələrinin şəkillərini görmək mümkündür.   


Qeyd edək ki, “Talisman” GMT-si radioelektron mübarizə vasitəsidir və döyüş təyyarələrinin “hava-hava” və “yer-hava” sinfinə aid raketlərdən fərdi müdafiəsi üçün nəzərdə tutulub. “Talisman” GMT-nin yaradılması işləri 2007-ci ilin aprelindən 2012-ci ilin iyuluna qədər davam edib.

İş prinsipi

“Talisman” GMT-nin iş prinsipi düşmənin zondedici radar siqnallarının xüsusi faza, tezlik, amplitud və polyarizasiya modulyasiyası ilə yüklənərək şüalandırılmasına əsaslanır.
Modullaşdırılmış şüalandırılma dalğa cəbhəsinin təhrif olunmasına səbəb olur. “Talisman” GMT bütün müasir radarların əsas elementinə - monoimpuls pelenqatora təsir edir və onun işini pozur.


“Talisman” GMT aviasiya-zenit raketinin radiopartlayıcısına təsir edir və onun vaxtından əvvəl işə salınmasına səbəb olur (hücum edən raket müdafiə olunan təyyarədən təhlükəsiz məsafədə partlayır). Təyyarənin P-73, 9M37 “Strela”, AİM-9 Sidewinder, AİM-132 ASRAAM tipli optik (istilik) özütüşlanan başlıqlı raketlərdən müdafiəsi baryer radiolokatorunun sayəsində təmin olunur. Baryer radiolokatoru hücum edən raketi təyin edir, onun koordinatlarını, uzaqlığını müəyyənləşdirir və raketi hədəfdən yayındırmaq üçün saxta istilik hədəflərinin buraxılması əmrini verir.
 
Konstruksiya və yerləşmə

“Talisman” GMT təyyarənin qanadaltı asma nöqtələrində olan asma konteynerlərində yerləşir. 

Ümumilikdə, “Talisman” GMT döyüş təyyarələrinin bütün növ aktiv radiolokasiya özütüşlanan başlıqlı aviasiya və zenit idarəolunan raketlərindən, optik-elektron (infraqırmızı) başlıqlı özütuşlanan aviasiya və zenit raketlərdən, yerüstü havadan hücüm müdafiə sistemlərindən qorunması üçün nəzərdə tutulub.

“Talisman” GMT həmçinin təyyarəni aviasiya raket komplekslərinin və yerüstü havadan hücum müdafiə sistemlərinin “dostluq atəşindən” müdafiəsini təmin edir.

Eyni vaxtda məhv edilən göyərtə və yerüstü radioelektron vasitələrin sayı məhdud deyil, həmçinin GMT daşıyıcısı olan təyyarənin özünüişıqlandırması da istisna olunur. Sıx döyüş şəraiti zamanı GMT daşıyan təyyarə radioelektron döyüş vasitələri olmayan qonşusunu etibarlı şəkildə qoruyur.

Sistemin əsas üstünlüyü və unikallığı pilot və ya operatorun iştirakı olmadan düşmənin bütün radio-elektron vasitələrinə avtomatik maneələrin çatdırılmasından ibarətdir.

“Talisman” müdafiə olunan təyyarənin fərdi radio-elektron avadanlığı ilə tam elektromaqnit uyğunluğa malikdir.

“Müdafiə təşəbbüsləri” QSC 25 yanvar 2011-ci ildə Belarus Respublikası və xarici ölkələrin müəssisə və təşkilatlarının tələbatlarını təmin etmək üçün innovativ və rəqabətqabiliyyətli elmi-texniki məhsulların işlənilib-hazırlanması və satışı məqsədilə yaradılıb.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.