Xərçəngə qalib gəlməyin yeni yolu tapıldı

Xərçəngə qalib gəlməyin yeni yolu tapıldı
05 Fev 2019 12:13

Britaniyanın Solford Universitetinin alimləri bədxassəli şişlərin artımına gətirib çıxaran xərçəngli kök hüceyrələri müəyyən etməyin yolunu tapıb.

Tədqiqatçıların sözlərinə görə, bu hüceyrələrin dərman preparatlarının köməyi ilə dəqiq işlənilməsi bədxassəli törəmələri xroniki xəstəliklərə çevirməyə kömək ola bilər.

Realpress.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress" nəşrində dərc olunan press-relizdə məlumat verilir.

Mütəxəssislər insanın döş vəzisinin şişindən götürülmüş bədxassəli şiş nümunələrini tədqiq edib. Məlum olub ki, bütün hüceyrə populyasiyasının 0,2 faizini təşkil edən bədxassəli kök hüceyrələri özünəməxsus əlamətlərə malikdir. Bu hüceyrələr külli miqdarda enerji ərsəyə gətirir və suspenziyada sürətlə çoxalır; artıq onun toxumaya yapışmasına lüzum qalmır. Sonuncu özəllik onun metastaz verməsinə, yəni qan-damar sistemi ilə digər toxuma və orqanlarla keçib, ikinci dərəcəli şişli ocaqlar formalaşdırmasına vasitəçilik edir.

Tədqiqatçılar bu hüceyrlərin fosforlaşa bildiyini, yəni uzun müddət ərzində udduğu enerjini işıq şəklində əks etdirə bildiyini öyrənib. Alimlərinə sözlərinə görə, onlar bu xüsusiyyətinə görə xərçəngli kök hüceyrələrini müəyyənləşdirə bilir. İndi tədqiqat qrupu belə hüceyrələrin çoxalmasını əngəlləyən preparatlar hazırlamaq niyyətindədir.

Belə vasitələrdən biri ribosiklip preparatıdır. Hüceyrə siklinin inhibitorları sayılan preparatlar ABŞ-ın Qida məhsulları və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət idarəsi tərəfindən təsdiq olunub.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.