Gənc və həvəskar rəssamlar üçün elan olunan rəsm müsabiqəsi davam edir

Gənc və həvəskar rəssamlar üçün elan olunan rəsm müsabiqəsi davam edir
05 Fev 2019 15:56

“Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir.

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşan müsabiqəyə hər kəs qatıla bilər.

Yağlı boya janrında olacaq əsərlən ölçüsü 50x70-dən az olmamalıdır. İştirakçılar əsərlərinin ölçüsünü, fotosunu (kiçik ölçüdə), rəssamın adını və əlaqə nömrəsini qeyd edərək martın 30-dək sergi@artscouncil.az elektron ünvana göndərə bilərlər. Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Apreldə müsabiqənin yekunu olaraq seçilmiş əsrlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur. Sərginin kuratoru Türkan Cəfərzadədir.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır. Sonda iştirakçılara diplom və sertifikatlar təqdim olunacaq.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.