Ərdoğan futbol klubu yaratdı - Cumhurbaşkanlığıspor

Ərdoğan futbol klubu yaratdı - Cumhurbaşkanlığıspor
06 Fev 2019 15:17

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada futbol klubunun yaradılmasına qərar verib. 

Realpress.az federasiyanın saytına istinadən xəbər verir ki, Prezident Administrasiyasının nəzdində yaradılan klub "Cumhurbaşkanlığıspor" adlandırılıb. Yeni yaranan klub "Ankara-2" həvəskar futbol liqasında çıxış edəcək. 

"Cumhurbaşkanlığıspor" Ankarada yetişən futbolçuları heyətinə cəlb etməyə və tezliklə peşəkar səviyyəyə qalxmağa çalışacaq. 

Türkiyə mətbuatının yazdığına görə isə, klub hazırda Türkiyə I Liqasında mübarizə aparan "Osmanlıspor"un adını alacaq və növbəti mövsüm Super Liqaya vəsiqəni hədəfləyəcək.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.