Əməkdar artist Gülşən Ənnağıyeva Moskvada konsert verəcək

Əməkdar artist Gülşən Ənnağıyeva Moskvada konsert verəcək
07 Fev 2019 13:04

Fevralın 16-da tanınmış pianoçu, Əməkdar artisti, professor, Türkiyədə yaşayan həmyerlimiz Gülşən Ənnağıyeva P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “İbarələr” (“Фразы”) adlanan musiqili axşamda Gülşən Ənnağıyeva tərəfindən Edison Denisov, Olivye Messian, Viktor Yekimovski, Nazim Mirişli, Yuri Vorontsov, Klod Debüssi və Fərəc Qarayevin əsərləri ifa ediləcək.

Qeyd edək ki, ötən il Mədəniyyət Nazirliyi və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rəhbərliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə konservatoriyada Azərbaycan musiqiçilərinin iştirakı ilə silsilə konsertlər təqdim olunub.

Belə ki, ötən il noyabrın 16-da konservatoriyada tanınmış pianoçu, Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın, dekabrın 17-də Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəridə Məmmədova və konsertmeyster Yuliya Kərimovanın iştirakları ilə konsertlər olub. Eyni zamanda, dekabrın 18-də dahi Azərbaycan bəstəkarı, Xalq artisti Qara Qarayevin 100 və Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 75 illiyinə həsr olunmuş yubiley gecələri keçirilib.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.