Formula 1də 2019-cu il mövsümü üçün sifariş vərəqi təsdiqlənib - SİYAHI

Formula 1də 2019-cu il mövsümü üçün sifariş vərəqi təsdiqlənib - SİYAHI
07 Fev 2019 13:30

Beynəlxalq Avtomobil Federasiyası 2019-cu il "Formula 1" üzrə dünya çempionatı üçün sifariş vərəqini təsdiqləyib.

Realpress.az report-a istinadən xəbər verir ki, bununla da yarışda iştirak edəcək komanda və pilotların yekun siyahısı bəlli olub. 

İştirakçı komandalardan ikisi dəyişib. "Force India" "Racing Point"ə çevrilib. "Sauber" isə bundan sonra "Alfa Romeo Racing" adlanacaq. Hər iki kollektiv yeni bolidlərini müvafiq olaraq 13 və 18 fevralda nümayiş etdirəcəklər.

2019-cu il mövsümünün sifariş vərəqi

Pilot

Komanda

Bolid

44

Lüis Hemilton

Mercedes AMG Petronas Motorsport

Mercedes

77

Valtteri Bottas

Mercedes AMG Petronas Motorsport

Mercedes

5

Sebastyan Fettel

Scuderia Ferrari Mission Winnow

Ferrari

16

Şarl Lekler

Scuderia Ferrari Mission Winnow

Ferrari

33

Maks Ferstappen

Aston Martin Red Bull Racing

Red Bull Racing-Honda

10

Pyer Qasli

Aston Martin Red Bull Racing

Red Bull Racing-Honda

3

Daniel Rikkardo

Renault F1 Team

Renault

27

Niko Hülkenberq

Renault F1 Team

Renault

8

Romen Qrojan

Rich Energy Haas F1 Team

Haas-Ferrari

20

Kevin Maqnussen

Rich Energy Haas F1 Team

Haas-Ferrari

55

Karlos Sayns

McLaren F1 Team

McLaren-Renault

4

Landro Norris

McLaren F1 Team

McLaren-Renault

11

Serxio Peres

Racing Point F1 Team

Racing Point-Mercedes

18

Lens Stroll

Racing Point F1 Team

Racing Point-Mercedes

7

Kimi Raykkonen

Alfa Romeo Racing

Alfa Romeo Racing-Ferrari

99

Antonio Covinatsi

Alfa Romeo Racing

Alfa Romeo Racing-Ferrari

26

Daniil Kvyat

Red Bull Toro Rosso Honda

Scuderia Toro Rosso-Honda

23

Aleksandr Albon

Red Bull Toro Rosso Honda

Scuderia Toro Rosso-Honda

63

Corc Rassel

Williams Racing

Williams-Mercedes

88

Robert Kubitsa

Williams Racing

Williams-Mercedes

Qeyd edək ki, "Formula 1" üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı "Albert Park" trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreli əhatə edəcək.

Fevralın 5-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.