Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq

Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq
11 Fev 2019 15:58


Minimum əməkhaqqı davamlı olaraq artırılacaq.

realpress.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasını qeyri-rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır:

“Beynəlxalq təcrübədə əməkhaqlarının paket şəklində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir. Bu yenilikdən sonra əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsmiləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əməkhaqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza ziyanı çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artdıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır”.

Şöbə müdiri qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı verirlər:

“Bu, düzgün yanaşma deyil. Bundan sonra işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İşçi özünün pensiya təminatı üçün pensiya kapitalı toplamış olacaq və nəticədə, pensiyası yüksək məbləğdə tənzimlənəcək”.

Əbülfət Məhərrəmov əlavə edib ki, minimum əməkhaqqı davamlı olaraq artırılacaq: 

“Əməkhaqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq. Bu yenilik özəl sektorlarda çalışan ən 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquqi şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun verilib. 150 mindən çox deyilən təbəqə məhz bu sahədə çalışanlara aiddir”.

Qeyd edək ki, prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılıb.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.