Bakıda dəhşətli qətl — Ər arvadının boğazını kəsdi

Bakıda dəhşətli qətl — Ər arvadının boğazını kəsdi
12 Fev 2019 10:38

Binəqədi rayonunda qısqanc ər həyat yoldaşını boğazını kəsərək qətlə yetirib.

Realpress.az xəbər verir ki, hadisə Binəqədi rayonu, İsfahani küçəsi, döngə 1-də baş verib. Tufan Qurbanov yaşadığı mənzildə bıçaqla həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qurbanova Lalə Həsən qızının boğazını kəsib. Qadın aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Binəqədi RPİ-si 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tufan Qurbanov saxlanılaraq rayon prokuorluğuna təhvil verilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin dindirmələr zamanı məlum olub ki, T.Qurbanov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.