Bunları bildikdən sonra bananın qabığını atmayacaqsınız - 6 Məsləhət

Bunları bildikdən sonra bananın qabığını atmayacaqsınız - 6 Məsləhət
13 Fev 2019 10:12

Bananın çox faydalı bir meyvə olduğu hamıya məlumdur. Bədəni enerji ilə təmin etdiyi üçün əsasən də idmançılar tərəfindən daha çox istifadə olunur.
 
Bəs bananın yalnız lətinin deyil olun qabığının da faydalı olduğunu bilirsinizmi?

Realpress.az medicina.az-a istinadən bu faydaları sizə təqdim edir:

1. Banan qabığı suyu təmizləmək üçün ən yaxşı təbii filtr hesab oluna bilər. Bunun səbəbi qabığın suyun tərkibində orqanizm üçün zərərli olan qurğuşun və mis elementlərini özünə hopdurmasıdır. Bu xüsusiyyətindən istifadə etmək üçün banan qabığını sadəcə olaraq bir müddət suyun içərisində saxlamaq lazımdır.
2. Bana qabığının tərkibində təbii yağlar və fermentlər mövcuddur. Bu xüsusiyyətindən istifadə edərək bədəndə olan yanıq, həşərat dişləməsi, cızıq, əzik həmçinin də yaraların sağalması üçün tətbiq etmək mümkündür. Bunun üçün banan qabığının iş tərəfini xəstə nahiyənin üzərinə bir müddət bağlamaq kifayət edir. Bu üsulla hətta ziyilləri də aradan qaldırmaq mümkündür. Banan qabığını ziyillər tam itənədək üzərində saxlayın.

3. Banan qabığı psoriaz kimi dəri xəstəliklərinin əlamətlərini yüngülləşdirməyə qadirdir. Bunun üçün banan qabığının iç tərəfini xəstə nahiyəyə sürtün. Siz qıcıqlanmanın və ağrının tədricən keçdiyini hiss edəcəksiniz. Bu üsulla çivzə sızanaqlarını da aradan qaldırmaq olar. Qeyd etmək lazımdır ki, banan qabığı dərini qidalandırır və nəmləndirir. Buna görə də  bir çox qadınlar ondan cavanlaşdırıcı maska kimi də istifadə edirlər.

4. Banan qabığının tərkibində olan kalium, maqnezium, marqanes, fosfor kimi minerallar dişlərə ağardıcı təsir edir. Onunla dişlərinizi sürtün iki dəqiqədən sonra nəticəni özünüz görəcəksiniz.

5. Bananın kaliumla zəngin olduğu məlumdur. Amma banan qabığının tərkibində olan kaliumun miqdarının lətindən çox olduğundan isə çoxları bixəbərdir. Onun bu xüsusiyyəti metabolizmi sürətləndirərək  piylərin yandırılmasına şərait yaradır. Bana qabığının iç tərəfini qaşıyaraq alma və darçınla qaqrışdıraraq yeyin. Bu cür püre həm də orqanizmdə seratonin və dopamin hormonlarının sintezini artırır.  

6. Banan qabığı xərçəng kimi əlacsız xəstəliyin müalicəsində də effektlidir. Onun tərkibində olan maddələr imminitetin əsas hissəsi olan ağ qan kürəciklərinin yaranmasına yardımçı olur. Bunun üçün onu həm püre şəklində həm də dəmləmə kimi istifadə etmək olar. Qabıqları 10 dəqiq ərzində qaynadın daha sonra bal əlavə edərək için. Günün istənilən vaxtı qəbul edə bilərsiniz.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.