LG şirkəti Q9 One adlı təhlükəsiz smartfonunu təqdim edib

LG şirkəti Q9 One adlı təhlükəsiz smartfonunu təqdim edib
13 Fev 2019 14:54

“LG Electronics” şirkəti “Q9 One” adlı yüksək texniki səviyyəli smartfon təqdim edib. Yeni aparat böyük ölçülü ekran, yüksək təhlükəsizlik səviyyəsi və “Android One” platforması ilə təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon 3120 x 1440 piksel təsvir ölçüsünə malik və tərəflər nisbəti 19,5:9 təşkil edən 6,1 düymlük “Super Bright IPS” displey, “Qualcomm Snapdragon 835” səkkiz nüvəli prosessoru və “Adreno 540” qrafika sürətləndiricisi ilə təchiz edilib.
 
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 4 və 64 QB təşkil edir. Tutumu 2 TB-dək olan “microSD” çıxarılıb-taxılan daşıyıcılarının qoşulması mümkündür. Aparat “IP68” və “MIL-STD 810G” standartları üzrə sertifikatlaşdırılıb ki, bu da su və toza qarşı yüksək dayanıqlığa zəmanət verir.
 
“LG” əsas kameranı işıq diodu işıqlandırıcısına malik 16 meqapiksellik şəkil sensoru ilə təchiz edib. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Həmçinin “4G VoLTE”, “Wi-Fi 802.11 ac”, “Bluetooth 5 LE”, “NFC” və “GPS” kimi simsiz kommunikasiya texnologiyaları dəstəklənir.
 
Telefon 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və “Android 9.0 Pie” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
“LG Q9 One” smartfonu yalnız mavi rəngli korpusda satılacaq.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.