Anar Nağılbazın anası:Balamı öldürdü, indi də ölüsündən əl çəkmir- VİDEO

Anar Nağılbazın anası:Balamı öldürdü, indi də ölüsündən əl çəkmir- VİDEO
14 Fev 2019 11:35

Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva ilə mərhum reperin anası Şərqiyyə Cəbiyeva arasında yenidən qalmaqal yaşanıb. Buna Anjelikanın Anarın ona yazdığı məktubu mərhum reperin məzarı üstə oxuması səbəb olub.

Realpress.az  yenicag.az-a istinadən xəbər verir ki, Ş.Cəbiyeva keçmiş gəlininin yalan danışdığını deyərək, baş verənlərdən əsəbiləşdiyini bildirib:

“Birincisi, o mənim gəlinim deyil, Anarın keçmiş həyat yoldaşıdır. Onu efirdə Anarın xanımı kimi təqdim etməsinlər. İkincisi, o qadın yalan danışır. Anarın adından məktub yazıb, gündəmə gəlmək istəyir. Balamı öldürdü, indi də ölüsündən əl çəkmir. Nə oldu, neçə ildən sonra ortaya məktub çıxdı? Məktub var idisə, indiyə qədər niyə ortalığa çıxmırdı? Əlinə də Quran kitabını götürüb danışır. Birincisi, o kitabları mənim evimdən oğurlayaraq aparıb. Quran kitabını saf, pak insanlar əlinə götürə bilər. Sən kimsən axı, o murdar əməllərin sahibi indi müqəddəs kitabı əlinə alırsan.

Nəvəmi də öyrədib. Onun nə yaşı var ki, deyir, atamın mahnılarını oxuyan adam ondan icazə istəməlidir. Utanmaz qadın xəcalət çəkmək əvəzinə, balamın məzarı üstə gedib, onun ruhunu incidir”.

Qeyd edək ki, ARB TV-nin “Show news” proqramına müraciət edən Anjelika Anar Nağılbazın ona yazdığı məktubu üzə çıxarıb:

“Hər şeydən uzaqlaşıb, məscidə gedib, namaz qılacam. Ağıllı işlər görərək ailəmizi qoruyaq. Yoldaşım, ailəm mənimçün əzizdir. Bəli, mənim də səhvlərim olub. Yaşadığımız yaxşı günlərin eşqinə uşaqlarımız üçün, parlaq gələcək qurmaq naminə, hər nə olur olsun ailəmi, yoldaşımı heç kimə, heç nəyə dəyişməyəcəyəm. Keçmişdən ancaq yaxşıları xatırlayaq”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.