2018-ci il üzrə ən geniş yayılmış kibertəhdidlər məlum olub

2018-ci il üzrə ən geniş yayılmış kibertəhdidlər məlum olub
14 Fev 2019 11:39

İnformasiya təhlükəsizliyinin təmini üzrə həllər istehsalçısı "Trend Micro" şirkəti 2018-ci il üzrə dünyada aşkar edilmiş kibertəhlükələr haqqında statistikanı dərc edib.
 
Şirkətin məlumatına görə, ötən il onun proqram təminatı 2,5 trilyondan çox sorğunu emal edib və elektron poçt, zərərverici fayllar və URL ünvanlar vasitəsilə yayılan təhlükələr daxil olmaqla təxminən 48 milyard hücumu bloklayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, fişinq hələ də ən geniş yayılmış kibertəhlükə hesab olunur. 2018-ci ildə bu tipli 41 milyard hücumun qarşısı alınıb, amma noyabr-dekabr ayları ərzində onların sayı 200 milyon azalıb. Kiberhücumların ən yüksək səviyyəsi (10 milyarddan çox) ABŞ-da qeydə alınıb. Çin və Braziliyada bu göstərici 2 milyardı ötüb, Hindistanda isə 1,5 milyard olub.
 
22 milyon spam hücumu çərçivəsində qeydə alınmış .XLS formatı ən geniş yayılmış zərərverici fayl bərkitməsi olub. Zərərverici proqram və ya hostinqlərə istinad edən bloklanmış URL ünvanların sayı 1 milyardı ötüb. Zərərverici URL ünvanlar üzrə Yaponiya (160 milyon bloklanmış hücum), ABŞ (155 milyon) və Tayvan (73 milyon) ilk pillələrdə qərarlaşıblar.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.