6 hərəkətlə görmənizi bərpa edin - Drojennikovun göz gimnastikası

6 hərəkətlə görmənizi bərpa edin - Drojennikovun göz gimnastikası
14 Fev 2019 12:50

Kompüter qarşısında bütün gün oturmaq, nəqliyyatda və ya pis işıqlandırılan məkanda kitab oxumaq, stress, əsəb gərginliyi, yuxusuzluq görməni zəiflədən amillərdən hesab olunur. Bütün bu sadalananlar gün keçdikcə oftalmoloji xəstəliklərə gətirib çıxarır. 

Stress fonunda refraksiya anomaliyası - yaxındangörmə, uzaqdangörmə, astiqmatizm kimi görmə fəsadları yaranır. Yaş ötdükcə torlu qişanın atrofiyası, katarakta (mirvari suyu), qlaukoma (qara su) kimi problemlər də meydana gələ bilər. Bütün bu xəstəliklər görməyə pis təsir edir. Amma onları müalicə etmək, ən əsası isə qarşısını almaq mümkündür.

Realpress.az medicina.az-a istinadən Aleksandr Drojennikovun metodu ilə göz üçün gimnastikanı təqdim edir: 

Təbib və uzunömürlülük məktəbinin banisi olan Aleksandr Drojennikov göz üçün Dao-İn gimnastikasını tərtib edib. Bu gimnastika yalnız gözə deyil, eləcə də bütün orqanizmə müsbət təsir edir.  

1. Hərəkət № 1

Hərəkəti oturan yerdə və ya ayaqüstü etmək olar. Gözlərinizi ovuclarınızla bağlayın və rahat olun. 3-4 dəfə dərindən nəfəs alın və verin. Hər dəfə nəfəs verdikdə beyninizdə olan artıq fikirlərdən azad olun. 

Bu, gimnastikaya hazırlıq hesab olunur. 

2. Hərəkət № 2

Şəhadət, orta və adsız barmaqlarınızı qaşların altından göz almasının yuxarı hissəsinə qoyun və sıxın. Daha sonra eyni hərəkəti barmaqlarınızı göz almasının aşağı hissəsinə sıxaraq edin. 

Gözə zərər vurmamaq üçün ehtiyatla, amma möhkəm sıxmaq lazımdır. Hər iki hərəkəti 3 dəfə edin. 

3. Hərəkət № 3

3 barmağınızla, gözlərinizin bağlanan yerini sıxın. Əvvəlcə dairəvi hərəkətlərlə masaj edin, sonra isə bərk sıxaraq qəfil buraxın. 

4. Hərəkət № 4

Barmaqlarınızı bəbəyinizin üzərinə qoyun, sakit bir tərzdə, ancaq möhkəm sıxın. Hərəkəti 10 dəfə təkrarlayın. 

5.Hərəkət  № 5

Baş və şəhadət barmaqlarınızla gözünüzün üst qapağını tutub, 50 dəfə yuxarı və aşağıya doğru dartın. Hərəkətlər çox yüngül olmalıdır. Əgər ağrı və narahatlıq hiss etsəniz, fasilə verin. 

6. Hərəkət № 6

Baş və şəhadət bağmağınızla burun dibinizi sıxın. 10-a qədər saydıqdan sonra buraxın. 

Bu gimnastika vasitəsilə göz yorğunluğundan xilas olmaq və görməni bərpa etmək mümkündür. Hər işdən sonra və ya yatmazdan əvvəl bu gimnastikanı tətbiq etmək yaxşı nəticə verəcək.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.