Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq

Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq
14 Fev 2019 16:52

Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq.

Realpress.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturu daim təkmilləşdirilir.

ƏƏSMN-nin Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində müasir tələblərə uyğun reabilitasiya şəraiti mövcuddur. İl ərzində həmin mərkəzlərdə 3500-dən artıq sağlamlıq imkanları məhdud uşağa səmərəli və sınanmış metodlar əsasında reabilitasiya xidmətləri göstərilir.

Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, nazirlik tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişəndirilməsi də nəzərdə tutulur.

Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Quba, Masallı, Ağcabədi, Xaçmaz, Lənkəran rayonlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır.

Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.