Dünyanın ən böyük sərnişin təyyarəsi daha istehsal olunmayacaq

Dünyanın ən böyük sərnişin təyyarəsi daha istehsal olunmayacaq
14 Fev 2019 17:11


“Airbus” təyyarəqayırma konserni dünyanın ən böyük sərnişin təyyarəsi sayılan “Airbus A380” modelinin istehsalını dayandırır.

Bu barədə fevralın 14-də şirkətin rəsmi saytında məlumat verilib.

Bu qərara səbəb “Emirates” hava yolları şirkətinin həmin layner üçün sifariş portfelini 162-dən (ədəd) 123-ə endirməsi olub. “Airbus”un baş direktoru Tom Endersin sözlərinə görə, konsernin başqa aviaşirkətlərlə əməkdaşlıq etməsinə baxmayaraq, bu modeldən olan yeni təyyarələrin istehsalı üçün əsas qalmayıb.

Bununla belə, qarşıdakı iki il ərzində “Emirates” şirkətinin 14 “A380” təyyarəsini təhvil alacağı bildirilir.

Qeyd edək ki, “A380” dünyanın ən iri hava layneridir. Onun hündürlüyü 24,08 metr, uzunluğu 72,75 metr, qanadlarının ümumi uzunluğu 79,75 metr təşkil edir. Avialaynerin adi üç sinifli variantına 853 sərnişin, tam-ekonom-klas variantına isə 853 sərnişin yerləşir. Təyyarə 15,4 min kilometrə qədər fasiləsiz uçuş həyata keçirə bilir.

Realpress.az


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.