Bu gün Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Bu gün Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
15 Fev 2019 12:07

Hər il fevral ayının 15-i dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir.

Realpress.az xəbər verir ki, bu gün bütün dünyada onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara və onların ailələrinə kömək edilir və əhali maarifləndirilir. 

Bu gün həm də xərçəngdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmaq üçün şüarlar səslənilir. Bundan başqa bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların xatirəsi anılır,  xərçəngə qalib gəlmiş uşaqların fədakarlığı qeyd edilir.
Uşaqlar arasında xərçəng  xəstəlikləri az olsa da, bütün xərçəng xəstəliklərinin 0.5%-1.5%-ni təşkil edir. Dünyada il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

Uşaqlar arasında ən çox rast gəlinən xərçəng xəstəliyi leykemiyadır. Bu qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-ni təşkil edir. Digər rast gəlinən yayılmış növü isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. 

Statistikaya görə 2013-cü ildən 2017- ci ilə qədər  Azərbaycanda 620 uşaq onkoloji xəstəliyə görə qeydiyyata götürülüb. 


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.