Moskvada güllələnən azərbaycanın şəxsiyyəti müəyyənləşib.
“Mash” “Telegram” kanalında verilən məlumata görə, həmin şəxs 52 yaşlı Qərib Orucovdur.
O, yaşadığı evin qarşısında kürəyindən aldığı beş güllə yarası nəticəsində ölüb.
09:10
Moskvada 45 yaşlı azərbaycanlı güllələnərək öldürülüb.
Bu barədə 5-tv.ru portalı məlumat yayıb.
Polisdən verilən məlumata görə, “BMW X6” markalı avtomobildə olan şəxslər azərbaycanlıya atəş açıb.
Hazırda onların tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
İlkin ehtimallara görə, bu hadisə dünən axşam saatlarında Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş insidentlə əlaqəlidir.
Realpress.az
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.